Ustaları “çörəksiz qoyan” elektromobillər

Elektromobillərin sayının artması avtomobillərə texniki xidmət bazarını da dəyişir. Ənənəvi avtomobillərdən fərqli olaraq bu texnikada şam, filtr, qayış və yağ dəyişməyə lüzum yoxdur.
Avtosfer.az xəbər verir ki, Almaniya və Norveçdə aparılmış araşdırma göstərir ki, elektromobil sahibləri servisə 40-54 faiz daha az gedirlər. ümumilikdə servis xərcləri də ənənəvi maşından 2 dəfə daha azdır. Tormoz detalları çox gec yeyilir, rekuperasiya sistemi sayəsində mexaniki hissələrə düşən yük azalır.
Sürücülərin işinə yarayan bu xüsusiyyətlər servisləri obrazlı desək, çörəksiz qoyur. Məsələnin başqa üzü də var. Elektromobillərin elektrik sistemini və batareyalarını təmiri və diaqnostikası üçün xüsusi ixtisaslaşma tələb olunur. Sertifikasiyadan keçməyənlərin elektromobil təmiri ilə məşğul olması qadağandır. Buna görə də müstəqil texniki xidmət mərkəzlərinin cəmi 20 faizi bu texnikanı təmirə götürür.
Rəsmi dilerlər müvafiq avadanlıqlarv əldə edə bilsə də, kiçik ustaların bunu etməyə imkanı yoxdur. Bu sahədə konsolidasiya gedir və kiçik oyunçular bazarı tərk edir.
Vüqar
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












