"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB

"Volkswagen" konserni ABŞ-də 208 724 avtomobili geri çağırmaq qərarına gəlib.
Avtosfer.az "Reuters"ə istinadən xəbər verir ki, servis kampaniyası 2018-ci il istehsalı olan "Tiguan", 2018-2019-cu illərdə buraxılmış "Atlas" və 2019-2021-ci illərin "Audi Q3" modellərinə şamil olunacaq. Geri çağırılma prosesinə ABŞ Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsi (NHTSA) nəzarət edəcək.
Servis aksiyasının keçirilməsinə səbəb sükan valının bərkidici boltunun vaxtından əvvəl korroziyaya uğraması və sınma riskidir. Bu nasazlıq idarəetmənin itirilməsinə və nəticədə yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Bununla belə, indiyədək sözügedən problemlə əlaqədar hər hansı qəza halı qeydə alınmayıb.
Kampaniya çərçivəsində servis mərkəzlərinə gətirilən avtomobillərdə sükan valının bərkidici boltu dəyişdiriləcək. Bütün təmir işləri ödənişsiz həyata keçiriləcək.
Xatırladaq ki, iyulun sonunda "Volkswagen" ABŞ-də 57 851 ədəd "Atlas" və "Atlas Cross Sport" krossoverini də servisə cəlb etmişdi. Həmin vaxt kampaniya mərkəzi ekranın və arxa görüntü kamerasının düzgün işləməsinə mane ola biləcək elektrik sistemi problemlərinə görə elan olunmuşdu.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












