"Volkswagen" 44 min elektromobili geri çağırdı - SƏBƏB

Almaniyanın "Volkswagen" avtomobil istehsalçısı akkumulyator batareyalarında yanğın riski ilə bağlı ABŞ-də 44 551 elektrik avtomobilini geri çağırmağa başlayıb.
Avtosfer.az bildirir ki, bu barədə "Reuters" yanvarın 27-də ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasına istinadən xəbər yayıb.
Məlumata əsasən, geri çağırma kampaniyası çərçivəsində 2023-2025-ci illərin istehsalı olan 43 881 ədəd "Volkswagen ID.4" elektrik avtomobilində batareyanın həddindən artıq qızması ehtimalı müəyyən edilib. Bu hal isə yanğın riskini artırır. Bundan əlavə, bəzi akkumulyatorlarda elektrodların düzgün yerləşdirilməməsi səbəbindən 2023-2024-cü illərin istehsalı olan daha 670 elektrik avtomobilin də geri qaytarılacağı bildirilib.
Qeyd olunub ki, söhbət "ID.4" modelində istifadə olunan batareya blokları ilə bağlı iki ayrı geri çağırma kampaniyasından gedir.
ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasından bildirilib ki, "Volkswagen" dilerləri geri çağırma siyahısına daxil olan bütün elektrik avtomobilləri üçün proqram təminatının yenilənməsini, diaqnostikanı və zəruri hallarda batareyaların dəyişdirilməsini ödənişsiz həyata keçirəcəklər.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












