“Volkswagen” iqtisadi çətinliklərə baxmayaraq istehsalı artırır

Almaniyanın aparıcı avtomobil istehsalçısı “Volkswagen” ötən ilin sonlarında yaşanan iqtisadi çətinliklərə baxmayaraq, istehsal həcmini artırmaq qərarına gəlib.
Avtosfer.az “Bild” qəzetinə istinadla xəbər verir ki, şirkət rəhbərliyi və həmkarlar ittifaqı arasında əldə olunmuş razılaşmaya əsasən, Volfsburqdakı əsas zavodda yay tətillərinə qədər 16 əlavə növbənin təşkili nəzərdə tutulur.
Qərarın qəbuluna sifarişlərin əhəmiyyətli dərəcədə artması səbəb olub. Volfsburqdakı zavodda hazırda “Golf”, “Tiguan”, “Touran” və “Tayron” modellərinin istehsalı həyata keçirilir. Elektrikli nəqliyyat vasitələrinin istehsalı hələlik bu müəssisədə nəzərdə tutulmayıb.
Qeyd edək ki, “Volkswagen” qrupunun (“Skoda”, “Seat”, “Audi” və s.) ilk rüb üzrə satış göstəricilərində artım qeydə alınıb. Ümumilikdə 2,13 milyon avtomobil satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Artım xüsusilə Almaniyada (5,5%), Avropada (3,7%), Şimali və Cənubi Amerikada müşahidə olunub. Asiyada, xüsusilə Çin bazarında isə satışlar 7,1 faiz azalıb.
Elektrikli avtomobillərə də maraq artır. 2025-ci ilin ilk üç ayında 216 min 800 tam elektrikli avtomobil satışa çıxarılıb ki, bu da illik müqayisədə iki dəfədən çoxdur.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












