“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb

2025-ci ilin ilk rübündə “Volkswagen” kompaniyasının gəliri 40,6 faiz azalıb. Rəsmi hesabata görə, Almaniyanın avtomobil konserni ilin əvvəlindən bəri 2,18 milyard avro gəlir əldə edib.
Avtosfer.az xəbər verir ki, kompaniyanın rəhbərliyi ötən ilin eyni dövrü ilə müqayisədə rekord itkiləri ABŞ administrasiyasının tətbiq etdiyi rüsumlarla əlaqələndirib.
“Volkswagen” 2025-ci ilin əvvəlində əməliyyat mənfəətini 6,5 faiz proqnozlaşdırsa da, konsernin rəhbərliyi illik göstəricinin gözləniləndən də aşağı olacağını düşünür. Beləliklə, “Volkswagen” tarixinin ən pis dövrlərindən birini yaşamaq riski altındadır.
Kompaniyanın rəhbərliyi mövcud vəziyyətin səbəbini ABŞ Prezidenti Donald Trampın Avropa mallarına, o cümlədən avtomobillərə və ehtiyat hissələrinə tətbiq etdiyi 25 faizlik rüsumlarda görür.
Qeyd edək ki, aprelin əvvəlində “Volkswagen” Birləşmiş Ştatlara avtomobil tədarükünü dayandırıb. Eyni zamanda, konsern ABŞ bazarındakı mövcud avtomobillərinin qiymətini artırmağa hazırlaşır.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












