"Volkswagen" və "Audi" elektromobillərini geri çağırır

"Volkswagen" bort şarj cihazındakı qüsur səbəbindən təxminən 13 800 "ID.4" və "Audi Q4 e-tron" elektromobilini geri çağırır.
Avtosfer.az xəbər verir ki, bu barədə 32cars.ru xəbər yayıb.
Problem çap platasının qeyri-kafi qoruyucu örtüyü ilə əlaqədardır ki, bu da nəmin kondensasiyasına, güc itkisinə və hətta avtomobilin tam dayanmasına səbəb ola bilər.
Məlumata görə, şirkət 2024-cü ilin sentyabrında araşdırmaya başlayıb və "ID.4"də 127, "Q4 e-tron"da isə 117 geriçağırma halını qeydə alıb. Nasazlıq ABŞ və Almaniyada istehsal edilmiş 2024-cü il modellərinə təsir edib.
"Volkswagen" avtomobil sahiblərini 29 aprel 2025-ci il tarixindən gec olmayaraq məlumatlandıracaq. Qüsurlu şarj cihazlarının dəyişdirilməsi pulsuz olacaq, lakin hələlik dilerlərin anbarlarında ehtiyat hissələr yoxdur.
Problem Kanada bazarına da təsir edib. Bu ölkədən 9 613 "ID.4" və 3278 "Audi Q4 e-tron" avtomobili geri çağırılır.(oxu.az)
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












