“Volkswagen”də çip problemi – Şirkət yeni təchizatçı ilə danışıqlara başlayıb

“Volkswagen” konserni çip tədarükündə yaranan problemi həll etmək üçün yeni təchizatçı ilə danışıqlar aparır. Avtosfer.az xəbər verir ki, şirkətin nümayəndəsi “Handelsblatt” qəzetinə “Nexperia” yarımkeçiricilərinin çatışmazlığının alternativ təchizatçı tərəfindən kompensasiya edilə biləcəyini vurğulayıb. “Nexperia” çiplərinin tədarükü ilə bağlı şirkətin qarşılaşdığı böhranın səbəbi Çin və ABŞ arasında mövcud olan gərginlikdir. Şirkətin mərkəzi ofisinin yerləşdiyi Niderlandda hökumət ABŞ-ın təzyiqi ilə “Nexperia”ya nəzarəti ələ keçirib. Pekin isə cavab olaraq çiplərin Çindən ixracını qadağan edib. “Nexperia” Avropada da istehsal olunsa da çiplərin böyük hissəsi Çindən gəlir. Yaranmış böhranla əlaqədar “Volkswagen” şirkəti Volfsburqdakı zavodunda “Golf” modelinin istehsalını dayandırmağı qərara alıb. Şirkət növbəti mərhələdə “Tiguan”, “Touran” və “Tayron” modellərinin istehsalını da mərhələli şəkildə məhdudlaşdırmağı planlaşdırıb. Lakin yeni istehsalçı ilə aparılan danışıqlardan sonra “Golf” modelinin istehsalını dayandırmaq planının qüvvədə qalıb-qalmadığı məlum deyil.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












