"Volvo EX90" elektrokarı satışa çıxarılarkən ciddi problemlə üzləşib - FOTO

"Volvo" şirkəti yeni "Volvo EX90" elektrokarını satışa çıxararkən ciddi problemlə üzləşib.
Bu barədə Avtosfer.az "32cars" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Çin akkumulyatorlarına idxal rüsumlarının artması səbəbindən şirkət qiyməti 3 300 dollar qaldırmağa məcbur olub. İndi elektrokarın qiyməti 81 290 dollardan başlayır.
"Volvo EX90"ın ABŞ-də yığılmasına baxmayaraq, onun üçün akkumulyatorları Çinin CATL şirkəti tədarük edir. Bu da maya dəyərinə mənfi təsir göstərir, ona görə də, "Volvo" fəal şəkildə ABŞ-də yeni təchizatçı axtarır. Mümkün tərəfdaşlar arasında Cənubi Koreyanın "SK On" və artıq ABŞ-də zavodları olan Yaponiyanın "AESC" şirkətləri var.
"Volvo EX90" 500 km-ə qədər gediş məsafəsi və 496 at qüvvəsinə qədər gücə malik geniş elektrokrossoverdir. Bununla belə, qiymətinin yüksək olması onu bir çox alıcı üçün əlçatmaz edir. Eyni zamanda, şəhər üçün elektrokar bazarı böyüməyə davam edir və "Volvo" rəqabəti nəzərə almalı olacaq.
Şirkət "EX90"ın qiymətini aşağı sala biləcək yerli akkumulyator tədarükçüsü tapmağa ümid edir. Lakin hələlik sahiblər artan xərclərlə barışmalı olacaqlar.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












