"Volvo" minlərlə işçisini ixtisar edəcək

İsveçin avtomobil nəhəngi Volvo Car AB dünya üzrə işçilərinin təxminən 7 faizini ixtisar etməyi planlaşdırır. Bu da təxminən 3 min nəfərin işdən çıxarılması deməkdir.
Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, ixtisarlar əsasən satışların zəifləməsi və xərclərin azaldılması ilə əlaqədardır. Volvo bildirib ki, bu addım 3 min işçiyə, o cümlədən min məsləhətçiyə təsir edəcək. Hal-hazırda şirkətdə 43 800 nəfər çalışır və onların yarıdan çoxu İsveçdə yerləşir.
Çinli Geely holdinqinə məxsus olan Volvo Car bu ilin birinci rübündə əməliyyat mənfəətinin 60 faiz azalması barədə hesabat yayıb. Bu geriləmədən sonra şirkətin baş direktoru Hakan Samuelsson 18 milyard İsveç kronu (təxminən 1,89 milyard dollar) həcmində biznesin restrukturizasiyası proqramına start verdiklərini açıqlayıb.
Samuelsson bunun çinli sahiblərin şirkət üzərində daha çox nəzarət istədikləri və iş yerlərinin Çinə köçürüləcəyi ilə bağlı yayılan iddiaları təkzib edib.
Avtomobil satışlarında tələbatın azalması və ABŞ-Çin tarif müharibəsinin yaratdığı əlavə xərclər avtomobil sektoruna təzyiqləri artırıb. Volvo gələcəkdə ABŞ və Asiya bazarına yönəlməyi planlaşdırır. Şirkət Cənubi Karolinadakı zavodunda istehsalı artıracaq və artıq Çin bazarına hibrid mühərrikli yeni Volvo XC70 modelini təqdim edib.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












