“Yango SuperApp” Bakı yollarının sıxlıq reytinqini tərtib edir - FOTO

“Yango SuperApp” servisi Bakı yollarındakı sıxlığı real zaman rejimində izləmək imkanı yaradıb. Tıxac reytinqi ilə tətbiqin əsas ekranında və Naviqatorda tanış olmaq mümkündür. Yeni funksiya sayəsində istifadəçilər şəhərdə hərəkətlərini daha səmərəli planlaşdıra biləcəklər.
Bu funksiyanın əsasında duran texnologiyalar şəhərin hər küçəsində nəqliyyat axını haqqında məlumatları toplayır. Orta sıxlıq balı avtomatik olaraq 1-dən 10-dək hesablanır. 1 bal yolların tamamilə boş olmasını, 10 bal isə avtomobillərin demək olar ki, hərəkət etmədiyini göstərir.
“Biz istəyirik ki, şəhərdə həyat maksimum dərəcədə rahat, tətbiqimiz isə gündəlik məsələlərin qısa zamanda həll edilməsində etibarlı bələdçi olsun. “Yango SuperApp” taksi sifariş etməyə və ya ictimai nəqliyyatın hərəkət cədvəli ilə tanış olmağa, restorandan yemək sifariş etməyə və ya təcili bağlama göndərməyə, rahat marşrut qurmağa imkan verir. İndi isə yeni tıxac reytinqi sayəsində yoldakı mövcud vəziyyəti dərhal qiymətləndirə bilərsiniz”, - “Yango Azerbaijan” şirkətinin baş direktoru Müşviq Həsənov bildirib.
Marşrutun planlaşdırılması zamanı “Yango SuperApp”in naviqasiya servisi tıxaclar, bağlanmış yollar və yollardakı müxtəlif axınların sürəti də daxil olmaqla bir çox amilləri nəzərə alır. Yoldakı şərtlər dəyişdikdə və əsas marşrutda hərəkət sıxlaşdıqda, yeni funksiya təyinat yerinə daha tez çatmağınız üçün alternativ yollar təklif edir. Bu, böyük yarmarkaların, konsertlərin, forumların keçirildiyi vaxtlarda və ya hava şəraiti dəyişdikdə xüsusilə aktual olur.

“Yango SuperApp” haqqında
“Yango SuperApp” - taksi sifarişi, naviqasiya, ictimai nəqliyyatda səfərlərin planlaşdırılması, qida və bağlamaların çatdırılmasını bir tətbiqdə birləşdirən şəhər servisləri ekosistemidir. “Yango Ride” taksi sifarişi və “Yango Delivery” çatdırılma tətbiqləri 2022-ci ildə ölkə bazarına daxil olub. 2024-cü ildə “Yango” supertətbiqinə məhsulların çatdırılması üzrə “Market” və restoranlardan hazır yeməklərin sifarişi üzrə “Yemək” xidmətləri əlavə olunub. “Yango” servisləri qlobal texnologiya şirkəti olan “Yango Group”un tərkibinə daxildir.
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










