Yayda avtomobil sürənlər diqqətli olsun: Bu səhvi etməyin!

İsti havalarda avtomobildən düzgün istifadə edilmədikdə bəzi ciddi problemlər yarana bilər. Bununla belə, müasir avtomobillər yüksək temperatur şəraitində istismar üçün nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, bu barədə rusiyalı avtoekspert Mixail Kolodoçkin RT-yə açıqlamasında danışıb.
Onun sözlərinə görə, istehsal olunan seriya avtomobilləri müxtəlif iqlim şəraitinə uyğunlaşdırıldığı üçün isti hava sürücülər üçün ciddi narahatlıq yaratmamalıdır.
Ekspert uzun müddət avtomobili günəş altında saxlayarkən salonu günəşdən qoruyan əks etdirici ekranlardan və xüsusi örtüklərdən istifadə etməyi tövsiyə edib.
Kolodoçkin sürücülərin tez-tez yol verdiyi təhlükəli səhvə də diqqət çəkib. O bildirib ki, qızmış avtomobilə əyləşdikdən dərhal sonra kondisionerin soyuq hava axınını birbaşa ön şüşəyə yönəltmək olmaz.
"Havanı ayaqlara, salona və ya başqa istiqamətə yönəldin. Əgər soyuq hava dərhal ön şüşəyə verilərsə, temperatur fərqindən şüşə çatlaya bilər", – deyə ekspert izah edib.
Mütəxəssis kondisionerin temperaturunu həddindən artıq aşağı səviyyəyə endirməməyi də məsləhət görüb. Onun fikrincə, avtomobil salonundakı temperatur çöldəki havadan təxminən 5 dərəcə aşağı olmalıdır.
"Kondisioneri +10 və ya +15 dərəcəyə qoymayın. Bu həm cihazın həddindən artıq yüklənməsinə, həm də sağlamlıq problemlərinə səbəb ola bilər", – deyə Kolodoçkin vurğulayıb./sfera.az
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












