Banklar COP29 ərəfəsində maliyyə öhdəliklərini elan edəcəklər

Qlobal mühitdə iqlim dəyişikliklərinin yaratdığı risklər əsas çağırışlardan biri olaraq qalmaqdadır. Yaşıl iqtisadiyyata keçid prioritet olmalıdır.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən "Yaşıl maliyyə və dayanıqlı inkişaf forumu"nda deyib.
O bildirib ki, yaşıl iqtisadiyyata keçid olmadıqda uzunmüddətli dayanıqlı iqtisadiyyatı təmin etmək mümkün olmaz.
"Mərkəzi Bank maliyyə sektorunun dayanıqlılığına da cavabdehdir. Yaşıl maliyyənin yaradılması çox vacibdir. Mərkəzi Bank ötən il dayanıqlı maliyyə inkişafı üzrə Yol xəritəsi tərtib edib. Yol xəritəsinin əsas və ilk təşəbbüslərindən biri yaşıl maliyyə taksonomiyasının hazırlanmasıdır. Artıq taksonomiya hazırdır. Bəzi texniki məqamlar qalıb və ondan sonra təsdiq üçün hökumətə veriləcək", - deyə Taleh Kazımov vurğulayıb.
AMB-nin sədri əlavə edib ki, yaşıl istiqraz haqqında Mərkəzi Bank hüquqi bazanı formalaşdırıb: "Son üç ildə kredit portfeli 18,4 faiz artıb. Banklar COP29 ərəfəsində maliyyə öhdəliklərini elan edəcəklər.
Mərkəzi Bank, həmçinin Yol xəritəsində insan kapitalının inkişafına fokuslanıb. Hər bir ölkə, eləcə də Azərbaycan üçün bu istiqamət yenidir".
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











