Reklam

Azərbaycanlı nazirlərin COP29 çərçivəsində görüşləri keçirilir

COP29 18 Noyabr 2024 10:26 Oxunub 162
Azərbaycanlı nazirlərin COP29 çərçivəsində görüşləri keçirilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Bakıda İqlim Dayanıqlı Gələcək üçün İnsan İnkişafına İnvestisiya üzrə COP29 yüksəksəviyyəli görüş keçirilir.

Avtosfer.az xəbər verir ki, görüşdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, səhiyyə naziri Teymur Musayev, səhiyyə nazirinin müavini Nadir Zeynalov, UNICEF-in Tərəfdaşlıqlar üzrə icraçı direktorunun müavini Kitti Van der Heyden və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Tədbirdə bildirilib ki, iqlim dəyişikliyi və onun insan inkişafına təsirlərinin yaratdığı mürəkkəb problemlərin həllinə təcili ehtiyac olduğunu qeyd edərək və bu problemlərin həllində çoxsektorlu yanaşmanın əhəmiyyəti etiraf edilməlidir.

Görüşdə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq iqlimə dayanıqlılıq üçün insan inkişafı üzrə gündəliyin irəlilədilməsi üzrə ortaq öhdəlik bir daha xatırladılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh