10 yaşlı Tovuz sakini qəzadan sonra itkin düşüb - İstintaq versiyası

Tovuzda itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızı yol-nəqliyyat hadisəsinin qurbanı olub. Bu, istintaqın indiyə qədər irəli sürdüyü ən çox ehtimal olunan versiyadır.
Qeyd edək ki, Dondar Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Nərmin Quliyeva noyabrın 21-i saat 15:00-da qonşularında toy mərasimi zamanı itkin düşüb.
Tovuz Rayon Polis Şöbəsinin verdiyi məlumata görə, qız sonuncu dəfə əmisi Lətif Quliyevin evində görünüb.
Toy günü hava soyuq olub və qız yüngül geyindiyindən əmisi Arif Quliyev gödəkçəsini uşağa verib.
Bir neçə saat sonra qızın atası Quliyev Şərif Qəşəm oğlu onu yanına çağırıb və əmisinin pencəyini qaytarmasını tapşırıb.
Yeri gəlmişkən, qeyd edək ki, qardaşların evləri arasındakı məsafə 8-10 metrdir. Gödəkçəni Arif əmisinə verən uşaq Lətif əmisinin evinə gedib. Oradan evlərin arasından keçən yola girib və yoxa çıxıb.
Qızın maşınla vurulduğu ehtimal olunur. Versiyaya görə, sürücü yaralıya tibbi yardım göstərmək üçün onu götürüb, ancaq yolda uşağın ölməsi mümkündür. Bu vəziyyətdə sürücü, çox güman ki, cəsəddən qurtulmaq üçün onu haradasa gizlədib.
Təəssüf ki, kənd ərazisində itkin düşən qızın hərəkətini izləməyə imkan verəcək tək bir müşahidə kamerası belə yoxdur.
Qızın itməsi ilə bağlı istintaq davam edir.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












