Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO

Lökbatanda 10 yaşlı qızın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə şahidlər və uşağın atası danışıblar.
Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, qız hadisədən əvvəl stadionda futbol oynayırmış. Müəlliminin topu götürməyi tapşırmasından sonra uşaq topun düşdüyü istiqamətə gedib. O, yolu keçmək istəyərkən avtomobil onu vurub.
Şahidlər bildiriblər ki, zərbədən sonra yerə yıxılan uşaq ayağa qalxaraq axsaya-axsaya yolun kənarına doğru hərəkət edib. İddialara görə, qadın sürücü avtomobili yenidən hərəkətə gətirərək uşağın üzərindən keçib.
Qızın atası bildirib ki, hadisə barədə işdə olarkən xəbər tutub və dərhal xəstəxanaya yollanıb:
"İşləyirdim, xəbər gəldi ki, övladınızı maşın vurub, xəstəxanaya aparıblar. Mən də təcili xəstəxanaya gəldim. Orada uşağım gözünü açdı. Dedi: "Ata, buradasan?" Sonra qardaşını da çağırmağımı istədi və evə getmək istədiyini bildirdi".
Qeyd edək ki, 10 yaşlı Emilya xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
***
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yaşayış zonasında hərəkətlə bağlı sürücülərə müraciət edib.
BDYPİ-dən Avtosfer.az-a verilən xəbərə görə, müraciətdə bildirilib ki, yaşayış zonasında hərəkət ciddi məsuliyyət tələb edir:
"İnsanların yol qəzalarında həyatını itirməsi cəmiyyətdə acı təəssüf, onların doğmalarında isə unudulmayan iztirablar doğurur. Lakin, qəzalarda həyatını itirən körpələrin faciəsi hər kəsi eyni cür sarsıdır desək, yanılmarıq.
Noyabrın 22-si saat 13:00 radələrində, Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış zonalarından birində, 10 yaşlı qız avtomobil vurması nəticəsində həyatını itirib. Yaşıdları ilə oynayan qızcığazın meydançadan kənara düşən topu gətirməyə gedərkən yolun hərəkət hissəsini qaçaraq keçməsi, eləcə də yaşayış zonası üçün nəzərdə tutulmuş sürət həddindən artıq sürətlə hərəkət etməsi ehtimal olunan sürücünün yola qaçan uşağı görməməsi, sonda hər iki tərəf üçün bərpası mümkün olmayan itkilərə yol açıb.
Uşaq və yeniyetmələrin, eləcə də istirahət edən, təsərrüfat işi görən, yaxud evinə tələsən əhalinin daha çox olduğu yaşayış zonlarında belə faciələr yaşanmasın deyə sürücü və piyadaların üzərinə qanunla nəzərdə tutulmuş konkret vəzifələr düşür.
Baş Dövlət Yol Polisi İdarəsi bütün tərəflərə, xüsusilə sürücülərə müraciət edərək, onları yaşayış zonasının sakitlik və təhlükəsizlik məkanı olduğunu unutmamağa, belə ərazilərdə ehtiyatla, piyadalara münasibətdə isə hər zaman ehtiramla davranmağa çağırır".
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB












