150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!

Gecələr, xüsusilə pis işıqlandırılmış və ya tam qaranlıq ərazilərdə avtomobilin orijinal faraları bəzən kifayət etmir. Ətrafımızdan parlaq ağ işıq saçan faralarla avtomobil keçəndə eynisini öz avtomobilimiz üçün də istəyə bilərik. Amma tələsməyək, çünki qanunla qadağandır.
Avtosfer.az Bakupost.az-a istinadən xəbər verir ki, LED lampalar deyilən bu işıqlandırma öz yolunu işıqlandırsa da, yolun ümumi görünüşünü əslində pisləşdirir və qarşıdan gələn sürücüyə də çətinlik yaradır.
Bunun səbəbi ondadır ki, halogen fənərin reflektoru məhz standart lampa üçün nəzərdə tutulub və işığı yolun lazımi hissəsinə yönəldir. LED-lər işığı fərqli şəkildə yayır, buna görə də mövcud optik sistem işıq selini düzgün paylamaya bilər. İşığın bir hissəsi yola düşmür və ya qarşıdan gələn sürücülərin gözünü qamaşdırır.
Zavod istehsalı olan LED işıqlandırma sistemləri bu xüsusiyyətlər nəzərə alınmaqla hazırlanır; bütün fənər bloku məhz LED-lər üçün yaradılır və bütün komponentlər bir-biri ilə uyğunlaşdırılır. Lakin sonradan dəyişdirilmə eyni nəticəni təmin etmir.
LED işıqlı maşınlar tez-tez yol polisi əməkdaşlarının diqqətini cəlb edir; digər yol istifadəçilərinə bu cür maneə yaratmaq avtomobilin istismarının qadağan edilməsi üçün əsas verir.
Qanuna görə, avtomobil üzərində istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan hər hansı bir dəyişiklik gələcəkdə ağır nəticəli yol-nəqliyyat hadisəsinin baş veməsinə real zəmin yaratmış olur. "Yol hərəkəti haqqında" Qanunun 1 saylı əlvəsinin III-cü bəndinin tələblərinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasına uyğun olmadıqda onun istismarı məqsədəmüvafiq deyil.
İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi normativ tələbləri pozmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 150 manat cərimə nəzərdə tutur.
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB












