"20 yanvar" stansiyasında "Bakıkart" aparatları xarab oldu, sərnişin sıxlığı yarandı

Bakı Metropoliteninin "20 yanvar" stansiyasının girişində səhər saatlarından sıxlıq yaranıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, sıxlığın yaranmasına səbəb stansiyanın girişində quraşdırılmış "Bakıkart" aparatlarının sistemində problemin baş verməsidir. Aparatlarda yaranmış problem nəticəsində kartlara gediş haqqı yükləmək mümkün olmayıb. Nəticədə sərnişinlər stansiyaya daxil ola bilməyib. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, stansiyada baş verən hadisə sıxlığa səbəb olub: "Biz qatarların hərəkətinə nəzarət etmək səlahiyyətindəyik, aparatlara biz nəzarət etmirik. “Bakıkart” aparatlarının çalışmamasının səbəbləri bizə də məlum deyil. Stansiyada böyük sıxlıq yaranıb, amma əməkdaşlarımız sıxlığı nizamlamağa çalışırlar. Hazırda problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür”.
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO










