“28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı

“Bakı Metropoliteni” QSC-nin “28 May” və “Nizami” stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb.
Avtosfer.az xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazıntı işlərinin plana uyğun həyata keçirildiyini bildirib.
“11 ay müddət demişdik, 2 aydan bir qədər artıq vaxt keçib. Qazıntı işləri hazırda qaydasında gedir. Tunellərdən birində qazıntı işləri artıq 40 metrdən çox hissədə tamamlanıb. Digər tuneldə isə qazıntı işləri artıq 30,5 metri haqlayıb.
Tunellərdən birində geoloji və hidrogeoloji şərtlərin sərt üzü ilə qarşılaşmağa başlamışıq, amma buna baxmayaraq işlər plan üzrə gedir. İndiki planlarla xətlərin birləşdirilməsini söz verdiyimiz vaxta çatdırmaq imkanlarımız var”, - B.Məmmədov qeyd edib.
Qeyd edək ki, avqustun 15-dən “Bakı Metropoliteni” QSC Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlayıb. Bununla əlaqədar “28 May–Nizami” stansiyaları arasında sərnişindaşıma dayandırılıb. Nəticədə paytaxtda sərnişindaşıma ilə bağlı ciddi narahatlıq və gecikmələr yaranıb.
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY












