“28 May”dan “Nizami”yə metro işləməyəcək – Alternativ nəqliyyat necə olacaq?

Xatırladaq ki, bir müddət öncə "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşasıyla əlaqədar "28 May" stansiyasından qatarların "Dərnəgül" istiqamətində hərəkətinə məhdudiyyət qoyulacağını xəbər vermişdik. Buna görə də Dərnəgül” - “Həzi Aslanov” xətti yalnız “Nizami” stansiyasına qədər fəaliyyət göstərəcək. Həmçinin “Həzi Aslanov” - “İçərişəhər” xətləri üzrə qatarlar “28 May” stansiyasında dayanmayacaq.
Tədris ilinin başlanmasıyla əlaqədar metrodan istifadə edənlərin sayı artdığı üçün ictimaiyyətə maraqlıdır ki, sözügedən inşaat işləri nə vaxt başlayacaq?
Avtosfer.az-ın məlumatına görə, "Bakı Metropoliteni"nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov "Bizim.Media"ya açıqlamasında bildirib ki, işlərin başlanması 2026-cı ilin əvvəlində nəzərdə tutulub. Ondan əvvəl isə hazırlıq işləri başlayacaq.
Bəs “Nizami”yə gedənlər üçün hansı imkanlar yaradılacaq?
Bəxtiyar Məmmədov qeyd edib ki, sərnişinlərin “Nizami” stansiyasına gedişi yerüstü formada təşkil olunacaq.
“Bu istiqamətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə intensiv iş aparılır. İnşaat işlərinin başlanmasına yaxın zamanda ictimaiyyətə məlumat veriləcək”.
Bəzi fikirlərə görə, “Nizami”yə gediş üçün ödənişsiz avtobuslar təşkil oluna bilər.
Bu iddialar doğrudur?
“Bu məsələlərin ictimaiyyətə açıqlanacaq detalı hələki yoxdur. Yerüstü istiqamətdə imkanlar yaradılacaq”, - deyə qurum rəsmisi bildirib.
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı
Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ











