3 yaşlı uşağın ölümü ilə əlaqədər növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - Həkimin bəraəti ləğv edilib

Xəbər verdiyimiz kimi 3 yaşlı Arzu Qurbanlının ölüm işi ilə əlaqədar uşağın atası Ali Məhkəməyə müraciət etmişdi.
May ayının 7-də saat 10:10-da Hakim Fərhad Kərimovun sədrliyi ilə məhkəmə prosesi keçirilib və Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinin Hakimi Elman Əhmədovun , Həkim İsmayıl Qəmbərova verdiyi bəraət hökmü ləğv edilərək cinayət işinə yenidən baxılması üçün Sumqayıt Şəhər Apellyasiya Məhkəməsə qaytarılıb.
Avtosfer.az xəbər verir ki. bu barədə Press.az-a uşağın atası Sənan Qurbanlı məlumat verib.
Məhkəmə prosesi avqust ayının 29-u, saat 15:30 da, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.
Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinin hakimi Elman Əhmədov, “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərova bəraət hökmü çıxarmışdı.
Ailə üzvləri uşağın ölümündə həkimlərin günahkar olduğunu iddia edir. Onlar uşağın əməliyyat zamanı anestezioloq İsmayıl Qənbərov tərəfindən "Kolipsol" dərman preparatının normadan artıq verildiyi üçün uşağın özündə olmadığını, məhz bu səbəbdən boğularaq dünyasını dəyişdiyi bildirir.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










