30 ədəd plastik butulka gətir, metroya bilet al

Roma meriyası plastik butulkaların emalı ilə bağlı pilot layihəyə start verib. Avtosfer.az xəbər verir ki, plastik butulka gətirənlər qarşılığında metroda gediş üçün bilet alacaqlar. Bu barədə şəhər meri Vircinya Radji öz “Facebook” səhifəsindən deyib.
İl ərzində Roma metrosunun 3 stansiyasında 3 xətt üzrə xüsusi qəbul edici maşınlar işləyəcək.
Hər butulka 5 avro sent dəyərində qiymətləndiriləcək, beləliklə, bu stansiyalardan istifadə etmək istəyən sərnişinlər bir gediş üçün 30 ədəd plastik butulka gətirməli olacaqlar.
Əldə olunan bonus maşın vasitəsi ilə sərnişinin hesabına göndəriləcək və gedişə icazə veriləcək.
Radji qeyd edib ki, 3 stansiyadan toplanılacaq butulkalar təkrar istifadə üçün emala göndəriləcək.
Onun sözlərinə görə, Roma plastiki biletə dəyişmək üzrə ilk Avropa ölkəsi olub.
Namiq Musayev
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










