400 dollarlıq cərimə məsələsinə aydınlıq gətirildi - VİDEO

Dövlət Avtomobil Nəqliyyatı Xidməti qanunsuz sərnişin daşıma ilə məşğul olan Gürcüstan vətəndaşı ilə qurumun müfəttişi arasında baş verən dialoq və 400 dollarlıq cərimə məsələsinə aydınlıq gətirib. Avtosfer.az xəbər verir ki, DANX-ın Hüquqi təminat və nəzarət işinin təşkili şöbəsindən "Ölkə.az"a verilən məlumata görə, bir neçə gün əvvəl sosial şəbəkədə yayılan videoda müfəttişin Gürcüstan dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə ölkə daxilində qeyri-qanuni sərnişin daşımasını icra edən Gürcüstan Respublikasının vətəndaşına məlumat üçün səsləndirdiyi 400 dollarlıq cərimə haqqında ictimaiyyət arasında çaşqınlıq yaradan informasiyalar yayılıb. “Məlumat üçün deyim ki, "Dövlət Rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələrinə dair 24-cü maddəsinin 24.6-cı bəndinə müvafiq olaraq rüsumun məbləği 400 dollardır".
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO










