451 ədəd metadon həbi aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti uğurlu əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilmiş 451 ədəd metadon həbi aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Təngərüd kənd sakini Səxavət Qasımov narkotik vasitə olan 4 ədəd metadon həbini satarkən saxlanılıb. Saxlanıldıqdan sonra onun üzərinə keçirilən baxış zamanı 447 ədəd metadon həbi aşkar edilərək götürülüb. S. Qasımov narkotik vasitəni Respublika ərazisinə qaçaqmal yolu ilə keçirmiş İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












