5 İran kateri İngiltərəyə məxsus tankeri dayandırmaq istəyib

Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) beş kateri Böyük Britaniyaya məxsus tankeri dayandırmağa çalışıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat verib. Xəbərə əsasən, tanker Fars körfəzini tərk edən zaman beş kater ona yaxınlaşıb. Ekipaja kursun dəyişdirilməsi və tankerin İranın ərazi sularında dayandırılması əmri verilib. Lakin, tankeri müşayiət edən Böyük Britaniyanın Kral Dəniz Donanmasına məxsus “Montrose” freqatı tələbi yerinə yetirməyib, iranlı əsgərlərin dərhal geri qayıtmalarını və tankerə mane olmamaları barədə əmr veriblər. Nəticədə İran katerləri geri dönüb. Televiziya ABŞ-ın iddia etdiyi hadisə ilə əlaqədar bir videoya sahib olduğunu da vurğulayıb.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











