64 küçə və prospektdə mövcud yol nişanlanma xətləri yenilənib - FOTO

Bakı şəhərində və şəhərətrafı ərazilərdə yol hərəkətinin təkmilləşdirilməsi və təhlükəsizliyin artırılması məqsədilə həyata keçirilən tədbirlər davam etdir. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, bu istiqamətdə görülən işlər çərçivəsində artıq 64 küçə və prospektdə mövcud yol nişanlanma xətləri yenilənib, yol hərəkətinin təşkili baxımından mövcud çatışmazlıqlar aradan qaldırılıb. Görülən tədbirlər zamanı piyada təhlükəsizliyinə xüsusi önəm verilib, eyni səviyyəli piyada keçidlərində 1.14.1 nişanlanmaları (yəni zebralar) yenilənərək piyadaların istifadəsinə verilib. Həmçinin bu kimi tədbirlər həyata keçirilərkən bəzi yolayrıclarında hərəkətin zolaqlar üzrə icazə verilən istiqamətlərini göstərən 1.18 nişanlamalarında da nəqliyyat axınına uyğun dəyişikliklər edilərək konfliktlər aradan qaldırılıb. Mərhələli şəkildə digər küçə və prospektlərdə də analoji tədbirlər həyata keçirilir.
Namiq
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA














