8 nəfərin öldüyü qəza ilə bağlı DƏHŞƏTLİ FAKT: sürücünün ailə üzvləri yolda maşından düşüb

Dünən Masallıda 8 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza barədə yeni detallar ortaya çıxıb. Yük maşını ilə toqquşan "Mercedes Vito” markalı mikroavtobusun sürücüsü Elvin Zeynalov yol boyu maşını hədsiz yüksək sürətlə idarə edirmiş. Hətta yolda bununla bağlı ailə üzvləri ilə belə mübahisə edib. Avtosfer.az xəbər verir ki, bu barədə Bakupost.az-a məlumat verən şəxs deyir ki, 8 nəfərin ölümünə səbəb olan sürücü Elvin Zeynalovun atası da bu işlə məşğuldur. Onların ikisi də - ata-oğul rayondan Bakıya sərnişin daşımaqla məşğul olur.
Bildirilir ki, Elvin Zeynalovun dəhşətli qəzanı törətdiyi gün rayondan yola çıxarkən onun ailə üzvləri də mikroavtobusda imiş. E.Zeynalovun həyat yoldaşı, övladı və bacısı yolda onun idarə etdiyi maşını tərk edib və onunla Bakıya gəlməkdən imtina edib.
Mənbə deyir ki, Astara-Bakı yolundakı "Hacıoğlular" restoranında çay fasiləsinə dayanan E.Zeynalovun ailə üzvləri onun maşını tərk edib və arxadan gələn atasının idarə etdiyi mikroavtobusa keçiblər. Buna səbəb isə E.Zeynalovun maşını yüksək sürətlə idarə etməsi olub. Ağır qəzanı törədən sürücünün ailə üzvləri onun maşını çox sürətlə idarə etdiyi barədə atasına şikayət ediblər və onunla getmək istəmədiklərini bildirib, atanın maşınına əyləşiblər.
E.Zeynalov isə yenə də mikroavtobusu yüksək sürətlə sürməyə davam edib və bir müddət sonra dəhşətli qəza baş verib.
E.Zeynalovun dayandığı restoranda onlarla bərabər çay içən digər sürücülər də onun maşınından düşüb atasının maşınına keçən ailə üzvlərinin yüksək sürətdən şikayətdən etdiklərini eşitdiklərini bildirib.
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!








