9 nömrəli məktəbdə baş verən qalmaqalla bağlı AÇIQLAMA

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 9 nömrəli orta məktəbdə baş verən süründürməçiliklə bağlı Avtosfer.az saytında məlumat dərc edilib. Abşeron rayonu, Xırdalan şəhər sakini Təbriz Yusubov redaksiyamıza məlumat verərək bildirib ki, öz övladını məktəbəhazırlıq kursuna qoymaq üçün tələb olunan bütün zəruri sənədləri toplayaraq 9 nömrəli məktəbə yaxınlaşıb. Məktəbin direktoru sənədlərin qəbulundan imtina etdiyi üçün T.Yusubov Təhsil Nazirliyinə şikayət edib. Müraciət Abşeron Rayon Təhsil şöbəsində araşdırılaraq vətəndaşın xeyrinə həll olunub və sənədlərin qəbul olunması üçün 9 nömrəli məktəbin direktoruna göstəriş verilib.
Göstərişdən sonra sənədlər direktor tərəfdən maneəsiz şəkildə qəbul olunub.
Valideyn Təbriz Yusubov, problemin operativ şəkildə həll olunduğu üçün Təhsil Nazirliyinə təşəkkürünü bildirib.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












