“A-dan Z-yə internet: Media üçün praktik təlim” keçirilib - FOTOLAR

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “A-dan Z-yə internet: Media üçün praktik təlim” təşkil olunub.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, tədbirin açılışında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov ölkədə rəqəmsallaşmaya və rəqəmsal savadlılığın artırılmasına xüsusi önəm verildiyini bildirib. O qeyd edib ki, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin bütün ərazilərində sabit genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bildirilib ki, 2020-ci ilin sonunda ölkə üzrə medianın yükləmə sürəti təxminən 10 Mbit/s olduğu halda, 2025-ci ilin sonunda bu göstərici 90 Mbit/s-ə yüksəlib. Bu artım son illərdə internet infrastrukturunun modernləşdirilməsi istiqamətində atılan addımların nəticəsidir.
İKTA-nın İdarə Heyətinin sədri Nail Mərdanov çıxışında telekommunikasiya sahəsində aparılan islahatların əsas prioritetlərindən birinin xidmət keyfiyyətinin yüksəldilməsi olduğunu vurğulayıb. O bildirib ki, dayanıqlı infrastrukturun formalaşdırılması, şəffaf bazar mühitinin təmin olunması və vətəndaş məmnunluğunun artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Sədr qeyd edib ki, jurnalistlər üçün təşkil olunan təlimin əsas məqsədi internetlə bağlı mövzularda ictimaiyyətin daha düzgün və obyektiv məlumatlandırılmasına töhfə vermək, texniki anlayışların sadə və dəqiq formada izahını təşviq etməkdir.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə sahəvi jurnalistikanın inkişafının əhəmiyyətini vurğulayaraq bildirib ki, ixtisaslaşmış və peşəkar yanaşma media məzmununun keyfiyyətini artırır və cəmiyyətin düzgün məlumatlandırılmasına xidmət edir. Onun sözlərinə görə, müasir texnologiyalar sahəsində biliklərin artırılması jurnalistlərin peşəkar inkişafında mühüm rol oynayır.
Təlim çərçivəsində iştirakçılara internetin işləmə prinsipləri, sürət və keyfiyyət anlayışları, Wi-Fi texnologiyaları, modem və digər avadanlıqların rolu, ölçmə metodları, eləcə də internet problemlərinin düzgün diaqnostikası ilə bağlı praktik və tətbiqyönümlü məlumatlar təqdim olunub, iştirakçıların sualları cavablandırılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO

















