AAYDA: Ağacları mane olmaq məqsədilə əkiblər

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi (AAYDA) əməkdaşları tərəfindən Bakının Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yeni əkilmiş ağacların kökündən çıxarılmasını əks etdirən videogörüntü və bununla bağlı yayılan məlumatlara münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, agentliyin mətbuat katibi Anar Nəcəfli “Report”un sorğusuna cavab olaraq bildirib ki, həmin ərazidə Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, dövlət əhəmiyyətli yol salınır: “Həmin yolda təmir işləri artıq yekunlaşmaq üzrədir. Burada söküntü işləri aparılıb, yaşayış və qeyri-yaşayış obyektləri sökülüb. Bunun müqabilində kompensansiyalar da ödənilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında da həmin ərazidəki ağac, kol və bitkilərin köçürülməsi işləri həyata keçirilib. Bu işlər tam olaraq yekunlaşıb. Artıq yolun yenidən qurulması işləri son mərhələsindədir. Həmin yolda əvvəllər piyadaların rahat hərəkəti üçün səki olmayıb və buna görə də orada səkilər də inşa edilir. Orada olan bəzi insanlar yol tikintisinə mane olmaq məqsədilə dibçəkdəki ağacları məhz səkilərin qurulduğu yerlərdə əkiblər. Bunu bilərəkdən ediblər. Ora şebel daşları tökülmüşdü ki, üstünə asfalt örtüyü çəkiləcəkdi. Onların bu dibçəkdəki ağacları hansı məqsədlə şebel tökülmüş ərazidə əkdiklərini bilmirəm. Bizim əməkdaşlar orada düzəldiləcək səkinin yerində ağac əkənlərə xəbərdarlıq etsələr də, onlar buna məhəl qoymayıb. Sonra əməkdaşlarımız növbəti dəfə xəbərdarlıq ediblər ki, həmin ağaclar yol tikintisi aparılan hissədə əkildiyi üçün çıxarılsın. Amma onlar buna da məhəl qoymayıblar. Sonda əməkdaşlarımız özləri həmin ağacları özləri çıxarmağa məcbur olublar. Həmin şəxslər isə qabaqcadan hazırlıq görərək bizim əməkdaşlar tərəfindən ağacların çıxarılmasını videolentə alıblar və öz məqsədləri üçün yayıblar. Niyyəti yaşıllaşdırma işləri aparmaq olan şəxs və ya şəxslərin piyadalar üçün nəzərdə tutulmuş səkinin yerində ağac əkməkdənsə, gedib lazım olan yerlərdə əkmələri daha məqsədəuyğundur. Bir daha qeyd edirəm ki, biz həmin şəxslərin səkinin yerində ağac əkməkdə məqsədlərinin nə olduğunu bilmirik”.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yeni salınmış yolda əkilən ağacların AAYDA əməkdaşları tərəfindən çıxarılmasını əks etdirən videogörüntü yayılıb. Görüntülərdə həmin ərazidə obyekt tikintisi nəzərdə tutulduğu üçün ağacların oradan çıxarıldığı iddia olunur.
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO










