ABB ilə müştəri arasında problem yaşanıb – İDDİA

Son illər bank sektorunda rəqəmsallaşma sürətlə irəliləyir. Texnologiyanın inkişafı nəticəsində vətəndaşlar artıq filiallara getmədən, olduğları yerdən müəyyən tətbiqlər vasitəsilə bir neçə kliklə kart sifariş edə, əməliyyat aparıb xidmətlərdən yararlana bilirlər. Bu yeniliklər müştərilərin işini xeyli asanlaşdırsa da, bəzən sistem xətaları və gecikmələr müəyyən problemlərə yol açır.
Avtosfer.az xəbər verir ki, belə hadisələrdən biri də vətəndaş və ABB (Azərbaycan Beynəlxalq Bankı) arasında olub. Belə ki, ABB banka müraciət edən vətəndaş AZAL Miles kartı sifariş verib. Sifariş zamanı kartın dəyəri müştəri hesabından çıxılıb. Lakin bundan sonra prosesdə gözlənilməz problemlər yaranıb. Müştərinin iddiasına görə, ödənişdən təxminən bir həftə keçməsinə baxmayaraq kartın sifariş statusu sistemdə görünməyib və heç bir irəliləyiş qeydə alınmayıb.
Vətəndaş məsələ ilə bağlı bankın müştəri xidməti ilə dəfələrlə əlaqə saxladığını bildirib. Lakin ona xidmət tərəfindən hər dəfə eyni məzmunlu cavablar verilib. Ödənişin sistemdə göründüyü, sorğunun yönləndirildiyi və hazırda texniki xəta səbəbindən prosesin tamamlanmadığı qeyd olunub.
Mövcud vəziyyətə əsasən, nə kartın təqdim olunması, nə də çıxılan vəsaitin geri qaytarılması təmin edilib. Bu hal xidmətin icrası və müştərinin məlumatlandırılması baxımından qeyri-müəyyənlik yaratdığı kimi, prosesin hansı mərhələdə dayandığına dair də şəffaflıq təmin etmir.
Məsələ ilə bağlı ABB bankla əlaqə saxlamağa çalışsaq da cavab verən olmadı.
Nurcan Babək
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?













