ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Beynəlxalq Bankı ASC (ABB) SMS məlumatlandırma xidmətinin tarifləri ilə bağlı vətəndaş narazılığı gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, vətəndaş bankın SMS xəbərdarlıq xidmətinin qiymətinin mərhələli şəkildə artırıldığını iddia edir.
Onun sözlərinə görə, əvvəllər bu xidmət üçün illik 1 manat ödəniş edildiyi halda, sonradan tarif 3 manata yüksəldilib. Hazırda isə xidmət haqqının 5 manata çatdırıldığı bildirilir.

Vətəndaş iddia edir ki, son qiymət artımı ilə bağlı əvvəlcədən hər hansı məlumatlandırma aparılmayıb və dəyişiklik hesabından vəsait çıxıldıqdan sonra məlum olub.
Şikayətçi hesab edir ki, tarif dəyişikliyi ilə bağlı müştərilərə öncədən məlumat verilməli və xidmət haqlarının artırılmasının səbəbləri aydın şəkildə izah olunmalıdır.
ABB-dən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəbərdarlıq xidmətində baş verən tarif dəyişikliyi ilə bağlı ABB müştərilərinə əvvəlcədən müvafiq kanallarla məlumat verilib:
“Onu da bildiririk ki, müştərilər ABB mobilə tətbiqində eyni məlumatlandırma xidmətindən tam ödənişsiz istifadə edə bilərlər”.
Eltac Zülfüqaroğlu
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












