Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO

Bakıda tarixi binalarla bağlı maraqlı iddia səsləndirilib.
Avtosfer.az xəbər verir ki, memar Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edərək paytaxtın Muxtarov küçəsində yerləşən tarixi binalardan biri ilə bağlı diqqətçəkən məqama toxunub. Onun sözlərinə görə, küçə ilə hərəkət edərkən binanın fasadında olan məlumat lövhəsi ilə üzərindəki tarix arasında uyğunsuzluq diqqətini çəkib.
Memar bildirib ki, binanın fasadında daş üzərində 1910 tarixi yazıldığı halda, Mədəniyyət Nazirliyi tərəfindən yerləşdirilən lövhədə tikilinin 1912-ci ildə inşa edildiyi qeyd olunub. Onun fikrincə, bu cür ziddiyyətli məlumatlar tarixi abidələrlə bağlı məlumatların dəqiqliyi məsələsini gündəmə gətirir.
Elçin Əliyev paylaşımında rus yazıçısı Kozma Petroviç Prutkovun məşhur ifadəsinə də istinad edib. O qeyd edib ki, Prutkov hələ 1854-cü ildə “Düşüncələrin bəhrəsi” əsərində “Əgər fil qəfəsinin üzərində “camış” yazısını oxusan, gözlərinə inanma” sözlərini yazmışdı və bu ifadə sanki belə halları təsvir edir.
Memar hesab edir ki, paytaxtdakı tarixi binalarla bağlı məlumat lövhələri hazırlanarkən faktların daha dəqiq araşdırılması vacibdir və bu cür uyğunsuzluqlar aradan qaldırılmalıdır.
Eltac Zülfüqaroğlu



Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












