ABŞ-İsrail-İran müharibəsinə başqa hansı ölkələr qoşulacaq? – Politoloq AÇIQLADI

Son günlər İranın Azərbaycana, Türkiyəyə, eləcə də körfəz qonşuları olan BƏƏ, Küveyt, Qətər və digər ölkələrə PUA və raket hücumları dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, həm sosial şəbəkələrin ingilisdilli, həm də Türkiyə seqmentində İranın bu cür addımlarının qisas məqsədli və təkliyinin acığını kimdənsə çıxma istəyi ilə əlaqələndirirlər. Digər bir qism isə, Türkiyə və Azərbaycana edilən PUA və raket hücumlarının məhz İran dövləti tərəfindən deyil də, dövlətin içindəki xainlər tərəfindən törədildiyini bildirir. Bunu isə ötən il İsraillə İran arasındakı 12 günlük münaqişədə baş verənlərlə əlaqələndirirlər.
İsrailin İran ərazisində dron əməliyyatları, eləcə də xüsusi cihazlarla elektronik texnologiyaların partladılmasının MOSSAD-la əlaqələndirilməsi irəli sürülən ilkin variantlardandır. Buna görə də, Azərbaycana və Türkiyəyə edilən hücumların əmrinin də kim tərəfindən verilməsi sual doğuran məsələyə çevrilib.
İctimaiyyəti narahat edən əsasə məsələ isə, müharibənin arealının genişlənmə ehtimalı və ABŞ-nin müharibəyə niyə qoşulması sualına aydınlıq gətirilməməsidir.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova Avtosfer.az-a açıqlamasında bildirib ki, “Amerika uzun müddətdir müharibə aparmır.

“Yəni ki, Amerikanın nə öz torpağında, nə də ki genişmiqyaslı bir müharibələrə Amerikanın girdiyini heç vaxt görə bilmərik. Niyə? Çünki ABŞ ümumiyyətlə iqtisadi baxımdan hər zaman maliyyə yatırımları edərək, silah sataraq bunun üzərindən böyük bir gəlirlər əldə edib. Yəni, müharibələri təşviq edərək, sponsorluq edərək müharibədə qazanacağından daha da çox qazanc əldə edib. Amerikanın ən çox varlığını qoruduğu yer İraqdı və Əfqanistan idi.
Biz son dönəmdə də gördük ki, İraqda heç nə edə bilmədi və geri çəkildi. Bu gün İranla olan müharibəyə gələndə, 12 günlük savaşdan sonra İsrail çox gözəl bilirdi ki, heç vaxt təkbaşına İranla bacara bilməyəcək. Ona görə də arxasına Amerika kimi güclü bir dövləti aldı və gördük ki, Netanyahu danışıq masasını tamamilə dağıtdı.
Dağıtmaq bir tərəfə, Netanyahu ABŞ-ni müharibəyə sövq etdi. Bunu Marko Rubioda açıqlamasında artıq bildirdi ki, Amerikanın birmənalı olaraq bu gün İsrailə dəstək məqsədilə İranla savaşa girib. Bu nə deməkdir? Bu o deməkdir ki, əslində ABŞ İranla müharibə etmir. İsrail İranla savaşır və İsraildən atılan bütün raketlər, digər hücum, eləcə də müdafiə predmetləri ABŞ-nin həm maliyyə dəstəyi ilə, həm də Amerikanın silahları ilə də baş verir. Tramp açıqlamasında bildirir ki, İrana silahlarla od yağdıracaq və bütün qəbuledilməz yollarla müharibəni davam etdirəcək. Bu əslində o deməkdir ki, baş verən müharibə ABŞ üçün böyük maliyyə itkilərinə gətirib çıxaracaq. Ona görə də, həm ABŞ Konqresi, həm daxili siyasəti, buna izin verməyəcək. Çünki Amerikanın uzunmüddətli bir savaşı İranda apara bilməz. Digər tərəfdən İsrailə də bu qədər savaşa dəstək verə bilməyəcək. Çünki bu, Amerika üçün çox böyük bir maliyyə xərcləri deməkdir.
Bu gün artıq Tramp özünü bir klon kimi göstərməyə başladı. Amerika bu gün böyük bir qüdrət olaraq sionistlərin oyuncağına çevrilmiş bir dövlət olaraq özünü göstərdi. ABŞ birqütblü siyasətini yürüdərək, İsrail və onun lobisindən, maliyyə və s. dəstəklər almaqla özünü yenidən hegemon bir dövləti olaraq göstərədi, yenidən qütbləşmiş bir dünyaya lider olaraq göstərməyə çalışır. Bunun da bir mənalı olaraq məqsədi, biz bunu Venusialada da gördük, biz bunu Qrenlandiya məsələsində də görürük, biz bunu Kubada da görəcəyik, indi də İranda da görürük ki, Tramp açıq-aydın ölkələrə bir terror aktı edərək onların həm rəhbərləri, həm sistemlərini dağıtmağa çalışır.
O, öz adamlarını, özünə uyğun olan, sisteminə uyğun olan rəhbər təyin etməyə çalışır ki, o ölkələrin bütün sərvətinə əl qoysun. İran da eyni durumdadır.
İsrail Yaxın Şərqi ələ almaq niyyətindədir. Tramp da o ölkələri çökürərək, onların sərvətlərinə əl qoyaraq, neftinə, qazına, qızılına və metallarına əl qoyaraq, logistikaları da ələ keçirərək, öz gücünü bir az daha yüksəltməklə, öz büdcəsini doldurmaq niyyətindədir.
Trampın daha əvvəl də Benjamin Netanyahu ilə arası dəymişdi. Təbii ki, növbəti mərhələdə də bu baş verəcək. Çünki indidən ABŞ Konqresi Trampa İranla müharibəyə İsraillə birlikdə girməyə görə təzyiqlər edir. Bu təzyiqlər bir müddət sonra Trampın Netanyahunu İranla müharibədə günahlandırması ilə nəticələnəcək. Biz bunu görürük və görəcəyik. O ki, qaldı savaşın genişlənməsinə, hələ ki, İran Yaxın Şərq bölgəsində PUA və raketlərlə ABŞ bazalarını vurmağa çalışır. Bu məsələ, yəni yaxın qonşularının ərazisini vurması İranın səhvidir. Çünki İran bu gün müsəlman dövlətlərinin içində ən sevilməz durumdadır və bütün qonşularla münasibətlərində gərginlikləri var.
Ona görə də bu gün İranın atdığı addımlar Ərəb Liqası tərəfindən, Türkiyə, Azərbaycan tərəfindən də dəstəklənmir. Ona görə də İran bu məsələdə yenə yalnızdır və yalnız da qalmağa davam edir”.
Səfər
Ramazan ayının on yeddinci gününün duası - İmsak və iftar vaxtı
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
Bakının nəqliyyat sistemi WUF13 zamanı necə nizamlanacaq? - RƏSMİ CAVAB
İsraildə bomba sığınacağı belədir – VİDEO
Ramiz Mehdiyevin bankı bağlanır
Üçüncü dünya müharibəsi başlayıb? Kim kimin yanında yer alacaq? – SİYASİ ŞƏRHÇİ
Naxçıvana düşən dronun üzərinə görün nə YAZILIB - FOTO
Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliyin nə olduğunu açıqladı
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub - CƏDVƏL
Azərbaycan-İran sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırıldı








