ABŞ-İsrail qüvvələrinin İrana hücumu qızılın qiymətini artıracaq - EKSPERT

Son günlər ABŞ-İsrail qüvvələrinin İrana hücumu nəticəsində dünyanın iqtisadi sabitliyində bir sıra problemlər ortaya çıxmağa başlayıb.
Avtosfer.az xəbər verir ki, İranın milli pulunun dollarla müqayisədə 0 ekvivalentində olması dövlətin iqtisadi imkanlarına mənfi təsir edir. Belə ki, İran artıq uzun müddətdir ki, ölkənin müdafiə xərclərini qızılla qarşılayır. Bu da dünya birjasında qızılın qiymətinə ciddi təsir edir.
Beynəlxalq ictimaiyyət isə hazırkı müharibənin qızılın qiymətinə necə təsir edəcəyini sual edir.
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, qızılın qiyməti İranın müdafiə xərcləri üçün qızılla mübadilələr etməsindən asılı deyil:
.jpg)
“Lakin ABŞ-İran münaqişəsinin qızıla artırıcı təsiri var və bu qiymətlərdə artıq öz əksini tapır. Amma müharibənin şiddətlənməsi, ərazinin genişlənməsi və uzunmüddətli hala çevrilməsi riskləri artıracağına görə qızılın qiymətinə də təsir göstərə bilər. Yəni, müharibələr, qeyri-müəyyənliklər qızılın qiymətini qidalandırır. Ona görə də qızılın qiyməti ilə bağlı riskləri müharibələr artırır. Buna görə də həmin risklərdən qorunmağın ən asan üsulu dövlətlər üçün məhz qızıldır”.
Ekspert həmçinin onu da vurğulayıb ki, hazırda dünya birjasında qızılın qiymətinin kəskin artacağı ilə bağlı mülahizələr indidən dolaşır.
Səfər
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib












