ABŞ sualtı qayığı 75 ildən sonra tapılıb

ABŞ alimlərindən ibarət tədqiqatçı qrup Yaponiyanın cənub sahillərində 75 il bundan əvvəl itmiş sualtı qayıq aşkar ediblər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, LOST-52 qrupu ABŞ-a məxsus sualtı qayığı Okinava prefekturasının əsas adasından cənub-qərb istiqamətində 435 metr məsafədə tapıb.
1944-cü ildə “USS Grayback” adlı sualtı qayıq Yaponiya yaxınlığında olarkən onunla əlaqənin kəsildiyi qeyd olunur. Tədqiqatçı qrupunun təqdim etdiyi videoda qayığın adının əks olunduğu plastik lövhə, həmçinin gövdə və vint aydın görünür.
Qrupun bildirdiyinə görə, sualtı qayıq 1944-cü il fevralın 26-da yapon bombardmançı təyyarələri tərəfindən batırılıb. Qayığın göyərtəsində 80 nəfər olub. “USS Grayback” sualtı qayığı II Dünya müharibəsi vaxtı çoxlu sayda yapon gəmilərini, o cümlədən göyərtəsində 600 nəfər mülki vətəndaş olan “Konan-Maru” gəmisini batırması ilə məşhur idi.
Bildirilib ki, bu tapıntı tarix barədə yeni müzakirələrlə yanaşı, müharibədə həlak olanların xatirəsinin anılması baxımından da əhəmiyyətlidir.
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA










