Abşeron dairəvi dəmir yolunda yeni marşrutlar açılacaq - RƏSMİ

Abşeron dairəvi dəmir yolunda gündəlik sərnişin sayının 200 min nəfərə çatdırılması planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına və AZƏRTAC-a müsahibəsində bildirib. Onun sözlərinə görə, “Bakıda və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Abşeron dairəvi dəmir yolunun əhatə dairəsi daha da genişləndiriləcək. Rövşən Rüstəmov qeyd edib ki, hazırda dairəvi dəmir yolu marşrutu 15 stansiyanı əhatə edir.
Dövlət Proqramına uyğun olaraq Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala və Maştağa-Bağlar istiqamətlərində yeni qatar marşrutlarının açılması nəzərdə tutulur. QSC sədrinin sözlərinə görə, həyata keçiriləcək layihələr nəticəsində gündəlik sərnişin sayı hazırkı 42-43 min nəfərdən təxminən 200 min nəfərə qədər artırılacaq.

Bununla yanaşı, mövcud stansiyaların sayı da 15-dən 40-a çatdırılacaq. Rövşən Rüstəmov bildirib ki, yeni marşrutlar şəhər və ətraf qəsəbələr arasında nəqliyyat əlaqələrinin daha çevik qurulmasına imkan verəcək. Layihənin əsas məqsədi sərnişinlərin ictimai nəqliyyata çıxış imkanlarını genişləndirmək və şəhərdaxili mobilliyi artırmaqdır.
Qeyd olunub ki, son illər dəmir yolu ilə digər nəqliyyat növləri arasında inteqrasiyanın gücləndirilməsi istiqamətində də addımlar atılır. Bu məqsədlə yeni istifadəyə verilən Dərnəgül dayanacağında metro və avtobus bağlantıları da nəzərə alınıb.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












