Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT

Abşeron yarımadasının sahilyanı ərazilərində ekoloji vəziyyətin yaxşılaşması gələcəkdə çimərliklərə marağın və insan axınının artmasına səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, yarımadanın müxtəlif sahilyanı hissələrində yerləşən çimərliklərə çıxış əsasən avtomobil nəqliyyatı ilə təmin olunur. Lakin sahilyanı ərazilərin ekoloji vəziyyətində baş verə biləcək dəyişikliklər həmin məkanlara nəqliyyat tələbatının da artmasına səbəb ola bilər.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu proses yalnız ekoloji məsələ kimi deyil, eyni zamanda nəqliyyat və şəhərsalma baxımından da əvvəlcədən nəzərə alınmalıdır.
Onun sözlərinə görə, sahilyanı ərazilərin ekoloji vəziyyətinin yaxşılaşması bu məkanların şəhər sakinləri üçün cəlbediciliyini artıra və nəticədə çimərliklərə insan axınını yüksəldə bilər. Bu səbəbdən nəqliyyat infrastrukturu yaranacaq tələbatı qabaqlamalıdır.
Çimərlik istiqamətlərində daha çox sərnişin daşıyan ictimai nəqliyyat növlərinin inkişafı, mövcud və perspektiv şəhərətrafı dəmir yolu imkanlarının sahilyanı ərazilərlə əlaqələndirilməsi, piyada və mikromobillik bağlantılarının yaradılması vacibdir.
Rauf Ağamirzəyev mövsümi tələbatın da nəzərə alınmasını təklif edib. Yay aylarında çimərliklərə artan sərnişin axınının qarşılanması üçün ekspress və əlavə avtobus marşrutlarının təşkili, həmçinin avtomobillər üçün parklanma imkanlarının düzgün planlaşdırılması əhəmiyyətlidir.
Əsas məqsəd yalnız insanları çimərliklərə daha sürətli çatdırmaq olmamalıdır. Sahilyanı ərazilərdə piyada, velosiped, mikromobillik və avtomobil hərəkətinin təhlükəsiz şəkildə təşkili də diqqətdə saxlanılmalıdır.
“Çimərliklərə aparan yollarda yüksək sürət, piyada axını, velosiped və mikromobillik hərəkəti bir-biri ilə toqquşmamalıdır. Burada yolun sürətini azaltmaq, keçidlərin təhlükəsizliyini artırmaq və piyada üçün fasiləsiz bağlantı yaratmaq bəzən yeni yol genişləndirməkdən daha effektiv ola bilər”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, sahilyanı ərazilərin ekoloji vəziyyəti yaxşılaşdıqca bu məkanların şəhər üçün əhəmiyyəti də artacaq. Buna görə çimərliklərə yalnız avtomobillə gedilən ərazilər kimi deyil, müxtəlif nəqliyyat növləri ilə əlçatan ictimai məkanlar kimi yanaşmaq lazımdır.
Rauf Ağamirzəyev qeyd edib ki, bu gün qəbul ediləcək nəqliyyat qərarları gələcəkdə sahilyanı ərazilərdə formalaşacaq tələbatı əvvəlcədən nəzərə almalıdır.
Eltac Zülfüqaroğlu
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA













