Abşeron sakinini parkda döyən şəxslər saxlanılıblar

Abşeron rayon sakininə qarşı quldurluq edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumat görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini Ş.Ələkbərli dekabrın 16-da saat 19 radələrində Bakıxanov küçəsində yerləşən parkda 3 nəfərin onu döyərək mobil telefonunu aldığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Qurbanov, S.Məcidov və Ü.Süleymanov polis əməkdaşları tərəfindən saxlanılıblar. S.Məcidovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmin gün saat 18 radələrində Ü.Bünyadzadə küçəsində xuliqanlıq zəminində Bakı şəhər sakini Ə.Kərimlini döyməsi də müəyyən edilib.
Araşdırma aparılır.
Namiq
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












