Abşeronda 20-ə yaxın evdən oğurluq edən şəxslər tutulub - FOTO

Abşeronda evlərdən oğurluq edən şəxslər tutulub. DİN Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və Mehdiabad Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, 1993-cü il təvəllüdlü Rəşad Quliyev və 1996-cı il təvəllüdlü Bəxtiyar Nərimanov saxlanılıb. Saxlanılan şəxslərin Mehdiabad, Fatmayı və Digah qəsəbələrində 20-yə yaxın mənzildən oğurluq etdiyi müəyyən edilib.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər Mehdiabad qəsəbəsində Sənan Mustafayevə məxsus evə daxil olaraq 13 min manatlıq qızıl, hər biri 150 manat dəyərində mobil telefon və bir ədəd 1500 manat dəyərində noutbuk oğurlayaraq vətəndaşa 14 800 manat maddi ziyan vurublar.
Bu müddət ərzində dostların rayonun Fatmayı və Digah qəsəbələrində də fərdi yaşayış evlərindən oğurluq etdiyi müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi aşılıb, araşdırmalar davam etdirilir.
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT












