Abşeronda jurnalistin evini qarət edən mütəşəkkil dəstənin üzvləri saxlanıldı

Abşeron rayonunda jurnalist Hacı Zeynalovun evindən oğurluq edən şəxslər saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə zərərçəkmiş Hacı Zeynalov məlumat verib. O bildirib ki, evini qarət edənlər ötən həftə Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər - Orxan Paşazadə və Əhməd Savdumov barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, jurnalistin evini qarət edənlər mütəşəkkil dəstə olub və saxlanılan iki nəfər də həmin dəstənin üzvlərindəndir. Oğurluqda iştirak edən daha bir neçə nəfərin şəxsiyyəti müəyyən olunub.
Qeyd edək ki, Teleqraf.com saytının müxbiri Hacı Zeynalovun evi ötən ilin dekabrında qarət olunub. Abşeron rayonunun Saray qəsəbəsində olan fərdi evdən “Grundig” markalı televizor, ətçəkən maşın, pul və rəsmi sənədlər oğurlanmaqla jurnalistə ümumilikdə 1425 manat ziyan dəyib.
Xatırladaq ki, həbs olunanlar Saray, Novxanı, Masazır, Mehdiabad, Digah, Məhəmmədi və Fatmayı qəsəbəsində 30-dan çox evi qarət ediblər. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər "Mercedes” markalı, 90 RG 257 dövlət nömrə nişanlı avtomobillə evlərin yaxınlığına gedərək, mənzilləri əvvəlcə nəzərdən keçiriblər. Sonra cinayət əməlində istifadə etdikləri soyuq silahlarla evlərə daxil olaraq oradan pul, qızıl, məişət avadanlıqları və sair əşyaları oğurlayıblar. Faktla bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə cinayət işi başlanıb.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












