Ad günündə qayçı ilə qətlə yetirildi - TƏFƏRRÜAT

Ağcabədi rayonunda qətl hadisəsinin təfərrüatı məlum olub. “Report”un xəbərinə görə, hadisə noyabrın 7-də saat 17 radələrində rayonun Kamil Nəsibov küçəsində baş verib.
Belə ki, Ağcabədi rayon sakini, 1988-ci il təvəllüdlü Cavid Quliyev tanışı, 1974-cü il təvəllüdlü Kərim Sultanovun doğum gününü qeyd etmək üçün onun evinə gedib. Evinin həyətində təşkil edilən ziyafət zamanı K.Sultanovla C.Quliyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Daha sonra K.Sultanov C.Quliyevi ağır formada söyüşlə təhqir edib. C.Quliyev isə ziyafət mərasimindən çıxaraq evlərinə gedib. C.Quliyev yaşadığı evin həyətindən qayçı götürüb, yenidən K.Sultanovun evinə doğru gedib. Bu zaman küçədə o, K.Sultanovla rastlaşıb, əlindəki qayçı ilə onun döş qəfəsinə bir dəfə zərbə endirib.
K.Sultanov yaralı vəziyyətdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı xəstəxanada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. C.Quliyev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Xatırladaq ki, hər iki şəxs evli olub.
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA










