ADY Çində beynəlxalq nəqliyyat sərgisində - FOTOLAR

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC 24-26 iyun 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən “Logistika, mobillik, İT və təchizat zəncirinin idarə edilməsi” üzrə beynəlxalq sərgidə (“Transport Logistic China 2026”) xüsusi stendlə iştirak edir.
Avtosfer.az xəbər verir ki, ADY nümayəndələri sərgidə Azərbaycanın beynəlxalq nəqliyyat-logistika potensialı, xüsusilə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və regionun digər strateji nəqliyyat marşrutları üzrə təqdimatlar edir, Çin və digər ölkələrdən olan yükgöndərənlər, logistika operatorları, ekspeditorlar və investorlarla görüşlər keçirir, yeni əməkdaşlıq imkanlarını müzakirə edir və potensial biznes tərəfdaşları ilə danışıqlar aparırlar.
ADY rəhbərliyi sərginin işi ilə tanış olub, tədbir çərçivəsində ADY sədri Rövşən Rüstəmov “Interrail Holding AG” və Almaniyanın Hamburq Limanının idarəçisi olan “METRANS” şirkətinin rəhbərliyi ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarının genişləndirilməsi, Çin–Avropa–Çin istiqamətində marşrutların inkişafı, Orta Dəhliz üzrə yeni logistika xidmətlərinin formalaşdırılması, Bakı Limanının Avropa limanları və intermodal terminal şəbəkələri ilə əlaqələrinin genişləndirilməsi, əməliyyat koordinasiyasının gücləndirilməsi və yük sahibləri üçün daha çevik logistika həllərinin hazırlanması məsələləri müzakirə olunub.
Qeyd edək ki, Asiyanın logistika, nəqliyyat və təchizat zəncirlərinin idarə olunması sahəsində ən nüfuzlu tədbirlərindən biri hesab olunan “Transport Logistic China” sərgisi bu il dünyanın 50-yə yaxın ölkə və regionundan 1000-dən artıq şirkəti bir araya gətirib. Tədbir çərçivəsində logistika, dəmir yolu, dəniz və hava daşımaları, multimodal həllər, rəqəmsal texnologiyalar və təchizat zəncirinin idarə olunması sahələrində fəaliyyət göstərən aparıcı şirkətlər öz imkanlarını nümayiş etdirirlər.
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO
Gündəlik getdiyimiz ünvanlara çatmaq üçün 15 dəqiqə kifayət edirmi? – “Bolt”dan statistika - VİDEO

















