ADY-nin mobil tətbiqindən istifadə edənlərin sayı 400 mini keçib - RƏSMİ

“Azərbaycan Dəmir Yolları”nda rəqəmsallaşma prosesi genişləndirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına və AZƏRTAC-a müsahibəsində danışıb.
Onun sözlərinə görə, ADY-də transformasiya prosesinin əsas istiqamətlərindən biri rəqəmsal həllərin tətbiqidir. Qeyd olunub ki, həm yükdaşımaları, həm də sərnişindaşıma sahəsində xidmətlərin daha sürətli, şəffaf və əlçatan olması üçün yeni texnologiyalar tətbiq edilir.
Rövşən Rüstəmov bildirib ki, yükdaşımaları sahəsində tətbiq edilən əsas yeniliklərdən biri tarif kalkulyatorudur. Bu sistem vasitəsilə müştərilər logistik xərclərini əvvəlcədən hesablaya və planlaşdıra bilirlər.

QSC sədri qeyd edib ki, artıq yük sahibləri dəmiryol ofislərinə gəlmədən elektron imza vasitəsilə bir çox xidmətlərdən istifadə edə bilirlər. Hazırda Rusiya Dəmir Yolları ilə sənədsiz yük göndərilməsi prosesi tamamlanıb, Qazaxıstan, Türkiyə və Gürcüstan dəmir yolları ilə də bu istiqamətdə işlər davam etdirilir.
Müsahibədə yük izləmə sistemindən də bəhs olunub. Bildirilib ki, istifadəyə verilən “Cargo Tracking” sistemi vasitəsilə müştərilər yüklərinin Çin–Avropa marşrutu boyunca harada olduğunu və təxmini çatdırılma vaxtını real vaxt rejimində izləyə bilirlər.
Sərnişindaşıma sahəsində də rəqəmsal yeniliklərin tətbiq olunduğunu deyən Rövşən Rüstəmov vurğulayıb ki, artıq 10 sərnişin stansiyasında pulsuz Wi-Fi xidməti fəaliyyət göstərir, qatarlarda isə internet istifadəyə verilib.
Qeyd olunub ki, ADY-nin mobil tətbiqindən istifadə edənlərin sayı artıq 400 mini keçib. Sərnişinlər tətbiq vasitəsilə turniketlərdən kart istifadə etmədən keçid edə, biletləri onlayn əldə edə və digər xidmətlərdən yararlana bilirlər.
Rövşən Rüstəmov əlavə edib ki, loyallıq proqramı və dinamik qiymət sistemi də artıq istifadəyə verilib. Bu yeniliklər sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmaqla daha sərfəli qiymətlərlə bilet əldə etməyə imkan yaradır.
QSC sədri yaxın günlərdə Abşeron dairəvi dəmir yolunda “SİMA” sistemi üzərindən ödənişlərin test mərhələsində tətbiq olunacağını da açıqlayıb. Onun sözlərinə görə, məqsəd sərnişinlər üçün xidmətləri daha rahat və müasir etməkdir.
Bu küçədə taksilər üçün dayanacaq yeri təşkil edilib - FOTO
“Bakı-Tbilisi-Qars” xəttinin yükötürmə qabiliyyəti 5 milyon tona çatdırılıb - ADY sədri
Abşeron dairəvi dəmir yolunda yeni marşrutlar açılacaq - RƏSMİ
Yük sahibləri dəmiryol ofisinə getmədən xidmətlərdən istifadə bilərlər – ADY sədri
Ağacların budanması üçün 4 ay əvvəl müraciət edib; növbə gəlib çatmayıb - ŞİKAYƏT
Azərbaycanda benzinin qiyməti bu qədər artacaq
Bu yollarda sıxlıq var - SİYAHI
Sərnişinlər vahid nəqliyyat şəbəkəsindən istifadə edəcəklər - VÜSAL ASLANOV - FOTOLAR
Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - AÇIQLAMA
Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir
Bakıda ilk tramvay xətti bu istiqamətdə olacaq










