Aeroportda şəxsdən qanunsuz qolbaq və qol saatları aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl məmulatlarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Komitədən Avtosfer.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının baqajı rentgen qurğusundan keçirilən zaman monitorda şübhəli əşyaların təsviri əks olunub. Bu səbəbdən sərnişin saxlanılıb və onun yükü təkrar yoxlanılıb. Yoxlamadan öncə vətəndaşa gömrüyə bəyan edilməli olan əşyaları könüllü şəkildə təqdim etməsi təklif olunub. O, əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan 10 ədəd qolbaq-üzük (bir-birinə bitişik) və 35 000 türk lirəsini, 3 ədəd "Rolex" markalı qol saatlarını üzərindən və əl çantasından çıxararaq gömrük nəzarətinə təqdim edib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar edilən 10 ədəd qolbaq-üzük (bir-birinə bitişik) ümumi kütləsi 41,49 qram olan 585 əyarlı qızıldan hazırlanmış məmulatdır. "Rolex" markalı qol saatlarından 1 ədədi 750 əyarlı qızıldan hazırlanmış və çəkisi 222,67 qramdır. 2 ədədi isə 193,49 qram və 130,66 qram kütləli paslanmayan poladdan hazırlanmış saatlardır.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA











