Afrikalı miqrant Londona göydən düşdü

Londonun cənub hissəsinin sakinlərindən biri bağçasında meyit aşkar edib. Klephem rayonunda hadisə yerinə gələn polislər aydınlaşdırıb ki, cəsəd bura göydən düşüb. Avtosfer.az Bizimyol.info-ya istinadən xəbər verir ki, afrikalı miqrant İngiltərəyə qanunsuz yolla daxil olmaq istəyirmiş. Onun “Kenya Airways” aviaşirkətinin təyyarəsi Londona çatarkən göydən düşdüyü bildirilir. Miqrant təyyarənin şassi hissəsində gizlənibmiş. Afrikalı Hitrou hava limanına çox az qalmış yerə düşüb. Hərçənd, onun bundan xeyli əvvəl soyuqdan donduğu ehtimal edilir. Təyyarə Keniyadan İngiltərəyə 9 saat uçur. London sakini deyir ki, bağçaya gurultu səsinə gedib. Divarlar qana bürünüb. Cəsədin xüsusilə baş hissəsi tanınmaz vəziyyətə düşüb. Hitrou hava limanının əməkdaşları təyyarənin şassi hissəsində axtarış aparanda miqrantın su və yemək olan çantasını aşkar ediblər. Polis araşdırma aparır.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











