Ağaclar yerindən qopdu: Bakıda güclü külək

“Dünən axşamdan başlayan güclü külək nəticəsində iki ağac kökündən qopub”.
Bunu Cebhe.info-ya açıqlamasında Bakı Meriyasının Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. O, hazırda hadisə yerində fəsadı aradan qaldırmaq üçün tədbirlərin görüldüyünü bildirib:
“Dünəndən bəri paytaxtda müşahidə olunan güclü küləklə bağlı gücləndirilmiş iş rejiminə keçmişik. İndiyə qədər 6 ağac budağının sınması, 2 ağacın isə kökündən qopması ilə bağlı məlumat daxil olub. Mütəxəssislərimiz bununla bağlı həmin ərazilərə göndərilib və fəsadın aradan qaldırılması ilə məşğuldurlar. Bu hadisə Binəqədi rayonundakı İbrahim Paşa Dadaşov küçəsində olub”.
Qeyd edək ki, dünəndən başlayan güclü küləklə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) də vətəndaşlara tövsiyələr verib. Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına da nəzarət gücləndirilib.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











