Ağcabədidə tələbələrlə görüş keçirilib - FOTO

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Pedoqoji Kollecin müəllim və tələbə heyətinin iştirak ilə “Norkomaniya ümumbəşəri bəladır”, “İnsan alverinə qarşı mübarizə”, “Erkən nikahın fəsadları” və “Dini radikalizmlə mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Çıxış edən Ağcabədi RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Ənvər Həsənov insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən, bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar verib, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib. Hər bir yeniyetməni, gənci narkomaniyaya yox deməyə çağırıb. Qeyd edib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində narkomaniya ön sıralarda dayanır və bu bəla təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də ümumilikdə bəşəriyyətin gələcəyi üçün təhlükəyə çevrilə bilər.
Dini radikalizm mövzusuna toxunan rəis müavini, Rüfət Məmmədov ölkəmizdə hər kəsin dini inanclarına hörmətlə yanaşıldığını bildirib. Bu gün İslam bayrağı altında bəzi qüvvələr öz siyasi, yaxud digər maraqları çərçivəsində gənclərdən istifadə edərək onları xurafata, cəhalətə sürüklədiyi barədə xəbərdar edib.
Polis mayoru Tural Məlikov öz çıxışında insan alverinə qarşı aparılan mübarizə haqqında geniş məlumat verərək, ölkəmizdə bu sahədə problemlərin aradan qaldırılması istiqamətində kompleks tədbirlər görüldüyünü diqqətə çatdırıb.
Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində son illərdə böyük nailiyyətlər əldə edib. Bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi yaradılıb. Bu sahədə aparılan maarifləndirmə işlərində müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyəti təşkilatlarının və KİV nümayəndələrinin, eləcə də yerli və beynəlxalq tərəfdaşların aktiv iştirak etdiyini bildirib.
Daha sonra çıxış edən Rayon Hüquq Şöbəsinin müdiri Hafiz Həsənov erkən nikahın fəsadlarından bəhs edib. Bu kimi neqativ hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat- maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...















