Ağstafada piyadanı vurub qaçan sürücünün məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törədərək hadisə yerindən qaçan Şadət Bayramovun cinayət işi məhkəmə iclası başlayıb.
“Report”un xəbərinə görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 19-na təyin edilib.
Qeyd edək ki, hadisə avqustun 6-da saat 20 radələrində Ağstafa rayonunun Muğanlı kəndi ərazisində baş verib. Kənd sakini Şadət Bayramov sərxoş halda idarə etdiyi, həmkəndlisi Abbas Bağırova məxsus “VAZ 21015” markalı, 05-BG-362 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında olan həmkəndlisi Faiq İbrahimovu vurub hadisə yerindən qaçıb. F.İbrahimov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçmış sürücü həbs edilib.
Faka bağlı Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti











