Banner

Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT

Gündəm 2 Noyabr 2026 18:00
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
WhatsApp kanalımıza abunə olun

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri istifadəyə verilib. Qərar regionlararası sərnişindaşımalara tələbatın artması və sərnişinlərin daşınma imkanlarının genişləndirilməsi baxımından diqqət çəkir.

Avtosfer.az xəbər verir ki, əlavə reyslərin sərnişin sıxlığının azaldılmasına, biletlə bağlı yaranan çətinliklərin aradan qaldırılmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə nə dərəcədə təsir göstərəcəyi maraq doğurur. Bəs bu addım digər regionlar üzrə də qatar reyslərinin artırılmasına zəmin yarada bilərmi?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reyslərinin təyin edilməsi, ilk növbədə, bu istiqamətdə sərnişin tələbatının artması və mövcud nəqliyyat imkanlarının genişləndirilməsi baxımından müsbət addımdır:


''Regionlarla paytaxt arasında gediş-gəlişin intensivləşməsi, insanların daha rahat, təhlükəsiz və vaxt baxımından əlverişli nəqliyyat vasitəsinə üstünlük verməsi dəmir yolu xidmətlərinin inkişafını zəruri edir. Əlavə reyslərin istifadəyə verilməsi sərnişin sıxlığının müəyyən qədər azalmasına, biletlə bağlı yaranan çətinliklərin aradan qaldırılmasına və vətəndaşların səfərlərini daha rahat planlaşdırmasına imkan yaradacaq. Ümumilikdə, regionlararası dəmir yolu nəqliyyatının inkişafı yalnız reyslərin sayının artırılması ilə məhdudlaşmamalıdır. Burada qatarların hərəkət intervallarının optimallaşdırılması, vaqonların sayının və texniki vəziyyətinin yaxşılaşdırılması, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi də mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, elektron bilet sisteminin təkmilləşdirilməsi, biletlərin əvvəlcədən əldə olunması imkanlarının genişləndirilməsi və sərnişin axınının düzgün təhlil edilməsi vacibdir. Bu məsələlər kompleks şəkildə həll olunarsa, dəmir yolu nəqliyyatına maraq daha da artacaq. Bakı–Ağstafa–Bakı istiqamətində əlavə reyslərin tətbiqi digər regionlar üzrə də analoji addımların atılması üçün müsbət təcrübə ola bilər. Xüsusilə əhalinin sıx yaşadığı, nəqliyyat tələbatının yüksək olduğu regionlarda dəmir yolu infrastrukturunun imkanlarından daha səmərəli istifadə edilməlidir. Gələcəkdə sərnişin tələbatı və iqtisadi səmərəlilik nəzərə alınmaqla digər istiqamətlərdə də reyslərin artırılması məqsədəuyğun olardı. Çünki müasir və əlçatan dəmir yolu nəqliyyatı həm regionların sosial-iqtisadi inkişafına, həm də paytaxtla bölgələr arasında əlaqələrin güclənməsinə xidmət edir''.

Fatimə

Oxunub : 160
ŞƏRH YAZ
Ad

E-mail

Şərh