Ağsuda dələduzluq edən şəxs saxlanılıb

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Ağsu rayon sakini Əmirxan Əmirov saxlanılıb.
Araşdırmalar zamanı Ə.Əmirovu Ağsu rayon sakini Asəf İmanov adlı şəxsi aldadaraq, onun üzləşdiyi bir problemi həll edəcəyi vədi ilə bunun müqabilində ayrı-ayrı vaxtlarda 1100 manat pulunu alaraq onu aldatdığı məlum olub.
Ətrafında aparılan araşdırmalar nəticəsində Ə.Əmirovun müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlardan dələduzluq yolu ilə ümümilikdə 2500 manat pulu alaraq aldatdığı da müəyyən edilib.
Qeyd edək ki, Ə.Əmirovun analoji cinayətlər törətdiyi istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Ağsu RPŞ-yə və ya şəhər telefonlarından (02022) 6-51-23 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
Gültən
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












